Müasir İncəsənət Muzeyində sərgi

İyunun 4-də Müasir İncəsənət Muzeyi tərəfindən Avstriyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Sənədli fotoqrafiya. İnqe Morat və mükafat sahibləri: Oliviya Artur və Lurdes R.Basoli” adlı sərgi açılıb.
Mərasimdə muzeyin icraçı direktoru Xəyyam Abdinov, Avstriyanın Azərbaycandakı səfiri xanım Silviya Mayer-Kaybiç sərginin iki ölkə xalqları arasında mədəniyyət əlaqələrinin inkişafına töhfə olduğunu bildiriblər. Diplomat diqqətə çatdırıb ki, təqdim olunan fotosərgi onun ölkəsinin mədəniyyətinin bir hissəsidir.
Sərginin kuratoru Kurt Kaindl nümayiş olunan işlər haqqında geniş məlumat verib.
Bildirib ki, sərgi məşhur “Magnum” fotoqrafı İnqe Moratın və “İnge Morath Award” mükafatının iki qalibinin - Oliviya Artur (Böyük Britaniya) və Lurdes R.Basolinin (İspaniya) işlərinə ümumi baxışı təşkil edir.
İnqe Morat (1923-2002) məşhur “Magnum photos” agentliyinin ən görkəmli simalarından biridir. O, agentliyin təsisçilərindən biri olan Anri Kartye-Bresson ilə birgə çalışıb, məşhur adamların, o cümlədən Merilin Monronun fotoşəkillərini çəkiblər.
Sərgidə İnqe Moratın 1954-1998-ci illərdə lentə aldığı ən məşhur işləri nümayiş olunur. Seçilmiş ağ-qara şəkillər fotoqrafın İspaniya, İngiltərə, Fransa, Rusiya, Çin, ABŞ və Avstriyada lentə aldığı ən böyük fotoreportajlarını nümayiş etdirir.
“İnge Morath Award” mükafatı İnqe Moratın şərəfinə “Magnum Photos” agentliyinin üzvləri tərəfindən təsis edilib. Mükafat hər il uzunmüddətli sənədli layihənin tamamlanmasına görə yaşı 30-dək olan qadın fotoqraflara verilir. Hazırda bu qaliblərdən ikisinin - Oliviya Artur və Lurdes R.Basolinin işləri də Müasir İncəsənət Muzeyində təqdim olunur. Sərgi iyulun 5-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar