“Baku Creative Center”in elan etdiyi “Debüt” layihəsi çərçivəsində Səmra Axundovanın “Görünməz” adlı sərgisi keçirilib. Qurumun direktoru Emin Yasinov layihə haqqında məlumat verərək sərginin bu çərçivədə təşkil edilmiş beşinci tədbir olduğunu qeyd edib.
Digər çıxış edənlər rəssamın gözəlliyə kreativ yanaşmasını, gözəlliyi duyub onu təqdim etməyi bacarığını vurğulayıb və ona yaradıcılıq uğurları arzulayıblar. Səmra Axundova ona dəstək olan hər kəsə minnətdarlığını bildirib.
Sərgidə rəssamın qarışıq texnikada işlənmiş 10 rəngkarlıq nümunəsi və 30 bədii fotosu nümayiş olunub. Səmra Axundova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının memarlıq və dizayn fakültəsində təhsil alıb. Hazırda İzmir Yaşar Universitetinin magistr tələbəsidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar