İyunun 13-dən 27-dək Müasir İncəsənət Muzeyində “YARAT!” Müasir İncəsənət Məkanının dəstəyi ilə gənc kurator Samir Səfinin debüt layihəsi olan “Nuda Veritas” sərgisi keçiriləcək.
Layihə vaxtilə sovet senzurasının şərtləri daxilində Azərbaycan incəsənətinin liberallaşdırılması üçün zəmin yaratmış doqquz rəssam - Əşrəf Murad, Rasim Babayev, Cavad Mircavadov, Altay Sadıqzadə, Mir Nadir Zeynalov, Eldar Qurban, Kamal Əhməd, Hüseyn Haqverdi və Səbinə Şıxlinskayanın işlərinə əsaslanır. “Nuda Veritas” (latın dilindən tərcümədə “Çılpaq həqiqət”) layihəsinin adı sadəcə icazə verilənin sərhədlərini genişləndirmək deyil, eyni zamanda, sosial realizmin pik həddində müəllifin subyektiv qavraması, şəxsi təcrübə və həyəcanları əsasında qurulmuş fərqli incəsənət yaratmaq cəhdini əks etdirir.
Sərginin konsepsiyası 2013-cü ilin martında “YARAT!” Müasir İncəsənət Məkanının təhsil proqramı çərçivəsində Əməkdar rəssam Səbinə Şıxlinskayanın “Müasir incəsənətdə kurator və mediator təcrübələri” adlı ustad dərsi nəticəsində yaranıb. “Nuda Veritas” sərgisində təqdim edilən əsərlər Müasir İncəsənət Muzeyinin kolleksiyasının tərkib hissəsidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar