Şəmkirdəki “Zəka” gənclərin intellektual inkişaf və yaradıcılıq mərkəzinin müasir incəsənət qalereyasında Azərbaycanın Əməkdar rəssamı Nazim Babayevin və tanınmış fırça ustası Faiq Abdullayevin fərdi yaradıcılıq sərgisi açılıb.
Açılış mərasimində məlumat verilib ki, Gəncədə sənətkar ailəsində anadan olan Nazim Babayevin ilk sərgisi 1958-ci ildə bu şəhərdə, sonralar Bakıda və Moskvada keçirilib. Rəssamın əsərləri həmçinin Macarıstanın paytaxtı Budapeştdə və Türkiyənin bir çox şəhərlərində nümayiş etdirilib.
Faiq Abdullayev isə rəssamlıq təhsilini Sankt-Peterburq Dövlət Rəssamlıq Akademiyasında alıb. Əsərləri ölkəmizin bir çox qalereyalarını bəzəyir.
Çıxışlardan sonra sərgi iştirakçıları istedadlı fırça ustalarının müxtəlif mövzularda çəkdikləri əsərlərə tamaşa ediblər. Sərgi iyulun 5-dək davam edəcək.