Xəbər verdiyimiz kimi, İordaniyada keçirilən “Jaraş” mədəniyyət və incəsənət festivalında Azərbaycanın Xalq artisti, xanəndə Mələklxanım Əyyubova, Xalq artisti, tarzən Möhlət Müslümov və kamança ifaçısı Elnur Salahov iştirak ediblər.
İncəsənət ustalarımızın çıxışları rəğbətlə qarşılanıb. Bu barədə İordaniya mətbuatında məlumatlar dərc olunub.
“Orobanews” saytında yer alan məqalədə müəllif Azərbaycan musiqisinin iordaniyalılar tərəfindən çox böyük məmnunluqla qarşılandığını diqqətə çatdırır. Qeyd olunur ki, festival günlərində eyni vaxtda üç yerdə müxtəlif ölkələrin təmsilçilərinin çıxışlarının olmasına baxmayaraq, Azərbaycan “muğam triosu”nun çıxışını daha çox tamaşaçı izləyib.
İordaniyada mədəniyyət xəbərləri nəşri olan “Jordanian Events Guide” veb-saytında da muğam üçlüyümüz haqqında məlumatı əks etdirən afişa yerləşdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar