Qusarda gənc rəssamların əl işləri sərgilənib

İyunun 28-də Qusar Dövlət Rəsm Qalereyasında Azərbaycanın gənc rəssamlarının əsərlərindən ibarət sərgi açılıb. “Azərbaycan mənzərələri” mövzusunda keçirilən sərgidə 40-dan çox gənc rəssamın müxtəlif janrlarda əl işləri nümayiş etdirilir.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov açılışda çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, belə sərgilərin keçirilməsində əsas məqsəd gənc rəssamların istedadını nümayiş etdirmək, yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin Dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov dövlətimizin, mədəniyyətin digər sahələri kimi, rəssamlığa da böyük önəm verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu diqqət və qayğı sayəsində ölkəmizdə təsviri sənətin inkişaf etməsinə güclü stimul yaranıb. Azərbaycan rəssamlarının əsərləri xarici ölkələrin böyük muzeylərinin eksponatına çevrilib, müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir.
Digər çıxış edənlər sərginin regionlarda təsviri incəsənətin inkişaf etdirilməsi, bölgələrdə gənclərin bu sahəyə marağının artırılması baxımından da xüsusi önəm kəsb etdiyini vurğulayıblar. Sərgi bir ay davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar