İordaniyanın qədim şəhərlərindən olan Jaraşda hər il keçirilən ənənəvi beynəlxalq mədəniyyət və incəsənət festivalında Azərbaycan da təmsil olunub. Festivalda tanınmış xanəndə, Xalq artisti Mələkxanım Əyyubova, tarzən, Xalq artisti Möhlət Müslümov və kamança ifaçısı Elnur Salahovdan ibarət muğam triosu iştirak edib.
İyunun 19-da başlayan sənət bayramı ayın 28-də yekunlaşacaq. Festivala 50-yə yaxın ölkədən iştirakçılar qatılıb.
Azərbaycan artıq üçüncü ildir ki, bu festivalda maraqlı proqramla təmsil edilir. Budəfəki festivalda Azərbaycan incəsənət ustalarının ifasında xalq mahnıları, muğam incilərindən parçalar həm tamaşaçılar, həm də digər ölkələrin təmsilçiləri tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Konserti ölkəmizin İordaniyadakı səfiri Sabir Ağabəyov, digər ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, Azərbaycan diasporunun və İordaniya ictimaiyyətinin nümayəndələri izləyiblər. Tədbirdən sonra səfir S.Ağabəyov və ölkəmizin incəsənət xadimləri İordaniyanın dövlət televiziyası, İraqın “Rəşid” telekanalına və bir sıra mətbu orqanlarına müsahibə verib, Azərbaycan musiqisi, xalqımızın zəngin mədəniyyəti və incəsənəti, xüsusən də muğam sənəti haqqında danışıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar