Azərbaycanın gənc rəssamlarının əl işləri Moskva biennalesində

Rusiya paytaxtındakı Müasir İncəsənət Muzeyində IV Moskva beynəlxalq gənc sənət biennalesi çərçivəsində Azərbaycanın gənc rəssamlarının “ASTAR” adlı sərgisi açılıb. Sərgi layihəsini “YARAT!” müasir incəsənət məkanı təqdim edir. Builki biennalenin əsas kuratoru britaniyalı məşhur sərgi təşkilatçısı Devid Elliottdur. O, sərginin ümumi mövzusunu “Xəyala dalmaq dövrü” kimi ifadə edib.

Sərgidə azərbaycanlı rəssamlardan Emin Əzizbəyli, Təhminə Əli, Fərhad Fərzəliyev, Lalə Qasım, Sitarə İbrahimova, Samir Salahov, Zamir Süleymanov, Elturan Məmmədov, Fidan Seyidova, Aqil Abdullayev və Nəzrin Məmmədovanın rəngkarlıq, installyasiya, kollaj və başqa janrlarda yaradıcılığı təmsil olunub.
Açılışda çıxış edən Moskva Müasir İncəsənət Muzeyinin baş direktoru Mixail Minden vurğulayıb ki, biennalenin “Xəyala dalmaq dövrü” adlanması heç də təsadüfi deyil: “Pavilyonların birindən digərinə keçəndə elə təsəvvür yaranır ki, tamaşaçı xəyallar məkanındadır. Bütün layihələr müxtəlif, bəzən hətta gözlənilməzdir. Bununla belə, onlar küll halında pazl kimi, müasir gənclərin incəsənət xalçası kimi təsir bağışlayır”.
Rəssam Arseni Sergeyev sərgidə Azərbaycan mədəniyyətinin spesifikasının tamam başqa səpkidə nümayiş olunduğunu deyib: “Əsərləri burada nümayiş etdirilən rəssamlar özlərini bütün dünyanın, Avropa sivilizasiyasının nümayəndələri kimi hiss edirlər. Axı Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu məkandır”.
“YARAT!” birliyinin icraçı direktoru Fərid Abdullayev Azərbaycan gənclərinin sənətini nümayiş etdirmək imkanına görə “YARAT!” müasir incəsənət məkanının rəhbəri Aida Mahmudovanın adından sərginin təşkilatçılarına təşəkkür edib.
Qeyd edək ki, iki ildə bir dəfə keçirilən Moskva beynəlxalq gənc sənət biennalesi bu sahədə ən iri layihələrdən biridir. Sərgi avqustun 10-dək davam edəcək.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar