Xoreoqrafiya ilə məşğul olan gənc rəqqas və rəqqasələrə dəstək verən İstanbul beynəlxalq balet müsabiqə-festivalı dördüncü dəfə sənətsevərləri və peşəkarları bir araya gətirib. TÜRKSOY-un himayə etdiyi və 2008-ci ildən etibarən (iki ildən bir) baş tutan festivalın açılış mərasimi iyunun 21-də Ankarada gerçəkləşib.
Mərasimdə Ankara Dövlət Opera və Baletinin baş direktoru Rengim Gökmen və TÜRKSOY-un baş katibi Düsen Kaseinov sənətsevərləri salamlayıb. D.Kaseinov bildirib ki, belə layihələrə imza atmaq qurum üçün çox önəmlidir: “İştirakçı və tamaşaçıların bu tədbirə daha çox qoşulmalarını təmin etmək üçün əlimizdən gələni etməliyik. İstanbulda belə önəmli layihələrə imza atmaq bu şəhərə yaraşır. Türkiyədə mədəni körpüləri genişləndirmək lazımdır”.
Qeyd edək ki, yarışmanın böyük həyəcanla gözlənilən final mərhələsi iyunun 25-də olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar