Xəbər verdiyimiz kimi, TÜRKSOY-un, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə XVII “TÜRKSOY - rəssamlar görüşü” keçirilir.
16 iyun - 5 iyul tarixini əhatə edən tədbirə Azərbaycandan və türk dünyasının digər ölkələrindən 17 rəssam qatılıb. Ölkəmiz bu tədbirdə Şəkidən üç rəssam ilə təmsil olunur.
İyunun 19-da “Yuxarı Karvansaray” mehmanxana kompleksində layihədə iştirak edən rəssamların Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşü olub. Qonaqlara qədim Şəkinin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2700 ildən çox yaşı olan Şəki şəhəri Azərbaycan tarixini, mədəni irsini qoruyub saxlayan nadir bir yerdir.
Qeyd olunub ki, bu il iyulun 1-dən 5-dək Şəkidə “İpək Yolu” V beynəlxalq musiqi festivalı keçiriləcək. Festivalda dünyanın 12 ölkəsindən musiqi, rəqs və folklor kollektivlərinin iştirakı gözlənilir. Festival çərçivəsində bugünkü tədbirdə iştirak edən türk dünyası rəssamlarının əsərlərinin sərgisinin açılması da nəzərdə tutulur. TÜRKSOY-un təmsilçisi Sancar Mülazimoğlu tarixi “İpək Yolu”nun üzərində yerləşən qədim Şəki şəhəri ilə tanışlıqlarından məmnun qaldıqlarını söyləyib, səmimi qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib.
Diqqətə çatdırılıb ki, tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rusiya Federasiyasının Başqırdıstan Respublikası, Makedoniya və digər ölkələri təmsil edən rəssamlar iştirak edirlər.
Onlar iyulun əvvəlinədək Şəkidə qalacaq, bu şəhərin təbiətinin gözəlliklərini, tarixi abidələrini tablolarında əks etdirəcəklər. Bu tabloların bir qismi “İpək Yolu” V Şəki beynəlxalq musiqi festivalında nümayiş etdirildikdən sonra şəhər İcra Hakimiyyətinə hədiyyə olunacaq, digər qismi isə TÜRKSOY-un kolleksiyasını zənginləşdirəcək. Görüşün sonunda xatirə şəkli çəkdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar