Parisdə azərbaycanlı məcburi köçkünlərlə bağlı fotosərgi

İyunun 18-də Azərbaycan-Avropa Cəmiyyətinin təşkilatçılığı ilə Parisin “Jozef” qalereyasında tanınmış amerikalı fotoqraf Ed Koşinin Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində məcburi köçkünə çevrilmiş azərbaycanlıların həyatından bəhs edən “Yarımçıq arzular” mövzusunda fərdi fotosərgisi açılıb.
20 iyun - Dünya Qaçqınlar Günü ilə bağlı keçirilən sərgini açan “Josef” qalereyasının direktoru xanım Melissa Reqan fotoqraf Ed Koşini iştirakçılara təqdim edib və ekspozisiyada onun 46 fotosunun nümayiş etdirildiyini bildirib.
Avropa-Azərbaycan Cəmiyyətinin Parisdəki ofisinin yeni rəhbəri Mari-Leatisiya Kurdn azərbaycanlı qaçqın və məcburi köçkünlərin gündəlik həyatının əks olunduğu fotolardan ibarət sərginin aprel ayında Londonda nümayiş etdirildiyini xatırladıb. O, Ed Koşinin fotolarının müxtəlif beynəlxalq mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb.
Dağlıq Qarabağ və ona bitişik yeddi rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirən ofis rəhbəri Azərbaycan dövlətinin bu insanların həyat şəraitini yaxşılaşdırmaq istiqamətində mühüm işlər gördüyünü deyib. Fotolarda əks olunan qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadıqları və məhz buna görə də sərginin “Yarımçıq arzular” adlandırıldığı vurğulanıb.
Fotoların müəllifi Ed Koşi Azərbaycan haqqında ilk dəfə ötən əsrin 80-ci illərinin sonlarında - Dağlıq Qarabağ münaqişənin başlandığı vaxtlarda eşitdiyini bildirib. 2013-cü ildə ölkəmizə səfər etdiyini deyən fotoqraf 20 ildən artıq bir müddətdə doğma vətənlərində qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlıların onu həddindən artıq təsirləndirdiyini, rahat həyatdan məhrum olan bu insanlar haqqında fotoları vasitəsilə dünya ictimaiyyətinə dolğun məlumat verməyi özünə borc bildiyini vurğulayıb.
Açılışda Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları, sənət adamları, diaspor təmsilçiləri iştirak ediblər. Sərgi iyunun 25-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar