Heydər Əliyev Mərkəzində fransız rəssam Bernar Buffenin (1928-1999) fərdi sərgisi açılacaq. Mərkəzin saytında yer alan məlumata görə, sərgidə rəssamın müxtəlif janrlarda işlədiyi əsərlər nümayiş etdiriləcək.
Bernar Buffen öz melanxolik, monoxrom portretləri ilə məşhurlaşıb. Ömrünün sonuna qədər hər il sərgisi keçirilib. 1973-cü ildə Yaponiyanın Suruqadaira şəhərində onun şəxsi muzeyi açılıb.
Qeyd edək ki, Bernar Buffen 1928-ci il iyunun 10-da Parisdə anadan olub. O, modernizmi salon incəsənəti ilə birləşdirən orijinal üslubun yaradıcısıdır. Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 71 yaşında intihar edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar