Tədbirdə ilk dəfə ölkəmiz də təmsil olunub

Berlində ənənəvi “Mədəniyyətlərin karnavalı” keçirilib. Üç gün davam edən karnavalın ikinci günü parad təşkil edilib. 700 minə yaxın insan Neukölndən Kreuzbergədək 3 kilometrlik məsafəni qət edən 80-dən çox əlvan rəngli avtomobili böyük maraqla izləyiblər.
Builki karnavalda ilk dəfə olaraq Azərbaycan da iştirak edib. Ölkəmizi karnavalda Azerbaijan Student Network (ASN) üzvləri təmsil ediblər. Almaniya parlamentində İPS proqramı çərçivəsində təcrübə keçən müxtəlif ölkələrdən gəlmiş əcnəbilər də Azərbaycan milli paltarlarını geyərək həvəslə gənclərimizə qoşulublar.
ASN üzvləri tərəfindən bəzədilmiş 42 nömrəli Trabi-limuzin paraddakı əlvan rəngli avtomobillər arasında xüsusilə seçilirdi. Parad başlayar-başlamaz tələbələrimiz öz geyim və rəqsləri ilə istər izləyicilərin, istərsə də media təmsilçilərinin böyük marağına səbəb olublar. Gənclərimiz Azərbaycan musiqisinin sədaları altında milli geyimlərdə rəqs edərkən izləyicilərə şirniyyat paylamağı da unutmayıblar. Havanın yüksək hərarətinə baxmayaraq, izləyicilər tələbələrimizin rəqsini izləməklə kifayətlənməyib, özləri də onlara qoşularaq rəqs ediblər.
Media təmsilçilərinin və izləyicilərin fikirlərinə istinadən deyə bilərik ki, karnavalda ilk dəfə iştirak etmələrinə baxmayaraq, ASN üzvləri ölkəmizi yüksək səviyyədə təmsil etməyi bacarıblar. Qeyd edək ki, Azərbaycan Şərq ölkələri arasında bu tədbirdə iştirak edən ilk ölkə olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar