Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY qurulduğu gündən türkdilli ölkələrin sənət adamlarını bir araya gətirmək, onlar arasında yaradıcı ünsiyyət və işbirliyinin əsasını qoymaqla bağlı uğurlu layihələrə imza atmaqdadır. Bu sırada önəmli layihələrdən biri də “TÜRKSOY rəssamlar görüşü”dür.
Bu il 17-ci dəfə gerçəkləşən tədbir Azərbaycanın Şəki şəhərində fırça ustalarını bir araya gətirəcək.
TÜRKSOY, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə iyunun 16-dan iyulun 5-dək davam edəcək sənət görüşünə türk dünyasının müxtəlif ölkələrindən 14, Azərbaycandan 3 rəssam qatılıb. Ölkəmizi tədbirdə Şəki rəssamları - Mənsur Əzizli, Söhrab Ərəbov, Fazil Məmmədov təmsil edir. Layihədə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rusiya Federasiyasının Başqırdıstan, Xakasiya, Tatarıstan, Saxa Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi, Şimali Kipr Türk Cümhuriyyəti və Makedoniyadan rəssamlar yer alıb.
“TÜRKSOY rəssamlar görüşü”ndə çəkiləcək tabloların sərgisinin isə 1-5 iyul tarixində Şəkidə keçiriləcək V beynəlxalq “İpək Yolu” musiqi festivalı çərçivəsində açılması nəzərdə tutulub. Sərgidən sonra tabloların bir hissəsi Şəki şəhərinə hədiyyə ediləcək, bir hissəsi isə TÜRKSOY-un kolleksiyasını zənginləşdirəcək. Qeyd edək ki, TÜRKSOY-un ənənəvi olan bu tədbiri ilk dəfə Azərbaycanda təşkil olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar