İyulun 2-dən 6-dək Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçirilib. 10-dan çox ölkədən 30-a yaxın milli rəqs ansamblının iştirak etdiyi festivala bu il Azərbaycan qonaq statusunda dəvət alıb.
Ölkəmizi mədəniyyət bayramında Masallı rayonunun məşhur “Halay” rəqs qrupu təmsil edib. Kollektiv canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərini nümayiş etdirib, habelə folklor nümunələrinin təqdimatını keçirib.
Festival zamanı ayrıca Azərbaycan musiqisi gecəsi təşkil edilib. Minlərlə musiqisevərin iştirakı ilə keçirilən festivalda təmsilçilərimizin çıxışı alqışlarla qarşılanıb.
Kaloça şəhərinin meri Ferents Terek sənətçilərimizə təşəkkürünü bildirib, nümayiş olunan Azərbaycan rəqslərinin tamaşaçıları valeh etdiyini deyib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar