İsraildə fotosərgi açılıb

Altı aydan artıqdır ki, “Azərbaycan - tolerantlıq məkanı” mövzusunda fotosərgi İsrailin müxtəlif şəhərlərini dolaşmaqdadır. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, iyulun 8-də Lod şəhərində Heydər Əliyev Fondunun və Milli Tolerantlıq Mərkəzinin birgə dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil olunmuş sərgi xüsusilə yaddaqalan olub.
Assosiasiyanın nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Vəkil İlana Laytmanın əsrlər boyu Azərbaycanda yaşayan yəhudilərin həyatı barədə maraqlı məruzəsi dinlənilib.
Çıxışlardan sonra israilli telejurnalistin Bakı səfəri zamanı hazırladığı sənədli film nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar