Layihənin daha bir sərgisi Lənkəranda açılıb

“Baku Creative Center”in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə “Azerbaijan Art Festival - 2014” (“Azərbaycan İncəsənət Festivalı”) layihəsi davam edir.

Turne şəklində Azərbaycanın bölgələrini əhatə edən layihə çərçivəsində növbəti sərgi Lənkəran Dövlət Rəsm Qalereyasında açılıb. Mərasimdə “Azerbaijan Art Festival-2014” layihəsi haqqında məlumat verilib. Bildirilib ki, festivalın məqsədi səyyar sərgilər və ustad dərsləri vasitəsilə ölkənin digər şəhər və rayonlarında sadə insanların incəsənətə dair biliklərini və marağını artırmaq, yaradıcı potensialı olan istedadları üzə çıxarmaq, onlara dəstək verməkdir. Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı İlqar Əzimov layihənin əhəmiyyətindən söz açıb.
Sərgidə Lalə Ağayeva, Asima Səmədli, Fəxri Abbasov, Səmra Axundova, Fəqanə Əliyeva, Vüsalə Ağarazıyeva, Fəridə Qarayeva, Lalə Hüseynova, Rasim Mahmudov, Elnur Həsənov, Pərviz Əsədov, Günel Ravilova, Anar Qəmbərli, Mehriban Şamsadinskaya və digər rəssamların əsərləri nümayiş edilib.
İyulun 30-dək davam edəcək layihə üzrə indiyədək Astara, Lerik, Yardımlı rayonlarında da sərgilər təşkil olunub. Layihənin əhatə dairəsinə həmçinin Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafa rayonları daxildir. Regionlarda sərgilərlə yanaşı, rəssamların ustad dərsləri də keçirilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar