Roma Rəssamlıq Akademiyası (RRA) azərbaycanlı gənc və istedadlı rəssam Məryəm Ələkbərlinin yaradıcılığına hörmət əlaməti olaraq ona fəxri dəvət məktubu göndərib.
Bu haqda məlumat verən Diaspor Jurnalistləri Birliyinin İtaliya nümayəndəliyinin sədri, rəssam Həsən İsgəndərov bildirib ki, Məryəm Ələkbərli öz yaradıcılığı və istedadı ilə İtaliyada incəsənət elitasının diqqət mərkəzindədir. Onun yaradıcılığı barədə çoxlu italyan sənətkar və sənətşünasları öz fikirlərini bildiriblər.
Məhz bütün bunların nəticəsidir ki, Məryəm Ələkbərli Roma Rəssamlıq Akademiyasının professional rəngkarlıq sinfinə dəvət alıb. Bundan əlavə, İtaliyanın məşhur sənətşünası, RRA-nın şöbə müdiri Caterina Tomeo Məryəm Ələkbərlinin sənətini yaxından izləyir və onun sənətinin vurğunu olaraq sərgisinin təşkilinə hazırlaşır. C.Tomeo Məryəmin yaradıcılığı barədə fikirlərini İtaliya Mədəniyyət Assosiasiyasının prezidenti Anni Baldisseraya bildirib. A.Baldissera Məryəmi Romadakı qalereyasına dəvət edib və onun sərgisini keçirmək istədiyini bildirib.
Qeyd edək ki, Məryəm Ələkbərli Roma Rəssamlıq Akademiyasından dəvət alan ilk azərbaycanlı rəssamdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar