Layihənin növbəti sərgisi Gəncədə təşkil olunub

“Baku Creative Center”in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə “Azerbaijan Art Festival - 2014” (“Azərbaycan İncəsənət Festivalı”) layihəsinin bölgələrdə sərgiləri davam edir. İyulun 1-dən başlanan festival indiyədək Astara, Lerik, Yardımlı və Lənkəranda reallaşıb.
Layihənin növbəti sərgisi Gəncədə gerçəkləşib. Gəncədəki Məhsəti Gəncəvi Mərkəzində açılan sərgidə gənc rəssamların əsərləri nümayiş olunur. Sənətsevərlər Lalə Ağayeva, Asima Səmədli, Fəxri Abbasov, Səmra Axundova, Fərqanə Əliyeva, Vüsalə Ağarazıyeva, Fəridə Qarayeva, Lalə Hüseynova, Rasim Mahmudov, Elnur Həsənov, Pərviz Əsədov, Günel Ravilova, Anar Qəmbərlinin əl işlərini maraqla qarşılayıblar. Sərgidə gənc rəssamlar təsviri sənət həvəskarları üçün ustad dərsləri də keçib, öz qabiliyyətlərini nümayiş etdirirlər.
İyulun 30-dək davam edəcək layihənin proqramına Bərdə, Goranboy, Şəmkir, Qazax və Ağstafa rayonlarında da sərgilərin və ustad dərslərinin təşkili daxildir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar