Azərbaycanın görkəmli kinorejissoru Mikayıl Mikayılovun şəxsi kolleksiyasında saxlanılan bir neçə əskinas və sənəd Dövlət Film Fonduna təhvil verilmişdir.
Dövlət Film Fondundan bildiriblər ki, gələcəkdə bu sənəd və əskinasların sərgiyə çıxarılması da nəzərdə tutulub. Sənədlər arasında görkəmli kinorejissor Həbib İsmayılova məxsus maraqlı materiallar da vardır.