İyulun 21-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə tanınmış rəssam Elçin Muradovun 55 illik yubileyinə həsr olunmuş sərgi açılıb.
Açılışda çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov rəssamın yaradıcılığından danışıb. Bildirilib ki, 2012-ci ildən ittifaqın üzvü olan Elçin Muradov təşkilatın tədbirlərində fəal iştirak edir. Rəssamın Abşeron Mədəniyyət evində, Sumqayıt Dövlət Rəsm Qalereyasında fərdi sərgiləri keçirilib. O, respublikamızda, eləcə də xaricdə keçirilən sərgilərdə iştirak edir, əsərləri müxtəlif ölkələrdə kolleksiyalarda saxlanılır.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev qeyd edib ki, realist rəssam Elçin Muradovun əsərləri estetik zövq verir. Onun həyata özünəməxsus münasibəti var.
Rəssama Mədəniyyət və Turizm Nazirliyi və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsi adından fəxri fərman təqdim edilib.
Elçin Muradov Rəssamlar İttifaqında fərdi sərgisinin təşkilində əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Bir həftə davam edəcək sərgidə müəllifin gül natürmortları, portretləri, mənzərələri, tarixi janrda çəkdiyi əsərləri - ümumilikdə 90-dək əsəri nümayiş etdirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar