Layihə çərçivəsində sonuncu sərgi Ağstafada keçirilib

“Baku Creative Center”in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə reallaşdırılan “Azerbaijan Art Festival - 2014” (“Azərbaycan İncəsənət Festivalı”) layihəsi çərçivəsində bölgələr üzrə sərgilər başa çatıb. Layihə üzrə sonuncu sərgi Ağstafa Dövlət Rəsm Qalereyasında açılıb.

“Baku Creative Center”dən verilən məlumata görə, açılışda rəsm qalereyasının direktoru Gülnarə Eyyubova çıxış edərək sərginin təşkilini yüksək qiymətləndirib, təşkilatçılara minnətdarlığını bildirib. Layihənin kuratoru Fərəh Ələkbərli “Azerbaijan Art Festival-2014” haqqında ətraflı məlumat verib.
Sonra sərgiyə baxış keçirilib. Ekspozisiyada Lalə Ağayeva, Fəxri Abbasov, Vüsalə Ağarazıyeva, Fəridə Qarayeva, Lalə Hüseynova və digər rəssamların əsərləri nümayiş etdirilib.
Qeyd edək ki, ikinci dəfə keçirilən festivalın əsas məqsədi səyyar sərgilər və ustad dərsləri vasitəsilə ölkənin digər şəhər və rayonlarında sadə insanların incəsənətə dair biliklərini və marağını artırmaq, yaradıcı potensialı olan istedadları üzə çıxarmaq, onlara dəstək verməkdir. Ötən il keçirilən “Azerbaijan Art Festival-2013” layihəsi respublikanın 10 şəhər və rayonunu əhatə etmişdi.
İyulun 1-də start verilən builki layihə də 10 bölgədə gerçəkləşib. Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafada gənc rəssamların əsərlərinin sərgiləri ilə yanaşı, ustad dərsləri də təşkil edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar