İyulun 18-dən 22-dək Türkiyənin Yalova şəhərində 17-ci “Türk Boyları Mədəniyyət Festivalı” keçirilib. Yalova Folklor Təhsil Mərkəzi Gənclik və İdman Dərnəyinin düzənlədiyi tədbirin açılış günündə türkdilli ölkə və diyarlardan gəlmiş xalq rəqs qrupları Qazipaşa küçəsində yürüş ediblər. Yürüş Cümhuriyyət meydanında başa çatıb və burada rəqs qruplarının rəngarəng çıxışları olub.
Tədbir çərçivəsində Uğur Mumçu Mədəniyyət Mərkəzində türk dünyası şairlərinin və media nümayəndələrinin görüşləri keçirilib. Media təmsilçilərinin görüşündə bu gün müharibə zonalarına çevrilmiş İraq və Suriyada türkmənlərin durumu, eləcə də Krımda baş verən son olaylarla bağlı tatarların vəziyyəti əsas müzakirə mövzusu olub. Bartın Jurnalistlər Birliyinin rəhbəri Güngör Yavuzaslan bölgədən çəkdiyi görüntülərlə İraq türkmənlərinin vəziyyətini diqqətə çatdırıb.
İyulun 22-də Barış Manço adına açıq hava teatrında iştirakçı ölkə və topluluqların xalq oyunlarının nümayişi ilə tədbirə yekun vurulub.

Mehparə








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar