Layihə çərçivəsində gənc rəssam və heykəltəraşların əsərlərinin satış-sərgisi təşkil olunub

Azad Gənclər İctimai Birliyi 2014-cü ilin iyul ayında “Azərbaycan incəsənətinin təbliği və gənclərin bu sahəyə marağının artırılması” layihəsini həyata keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gerçəkləşən layihənin məqsədi regionlarda təsviri sənətin və heykəltəraşlığın təbliği, gənc nəslin bu sahəyə marağının artırılması, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, eləcə də gənclərin ölkəmizin təbliğ olunmasında yaxından iştirakına şərait yaratmaqdır. Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində və Ağdaş rayonunda həyata keçirilən layihədə bu bölgələrin hər birindən 20 nəfər cəlb edilməklə ümumilikdə 80 gənc rəssam və heykəltəraş iştirak edib.
Layihə çərçivəsində gənc rəssamların və heykəltəraşların əsərlərinin tanıdılması və satışı məqsədilə sərgi-yarmarkalar da təşkil olunub. Burada məqsəd regionlarda bu tipli sərgi-yarmarkaların təşkili ənənəsini formalaşdırılmasına töhfə vermək, ölkəmizin təsviri sənətinin yerli və xarici turistlərə tanıdılmasını və təbliğini daha da gücləndirməkdir. Sərgilər zamanı sənətkarlar gənclərin bu sahəyə həvəsinin artırılması məqsədilə məşğələlər keçiriblər.
Həmçinin gənc rəssam və heykəltəraşlar üçün ikigünlük treninq təşkil olunub. Gənclərə aidiyyəti dövlət və yerli idarəetmə orqanları, qeyri-hökumət təşkilatları və iş adamları ilə əməkdaşlığın qurulması imkanları öyrədilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar