Ötən il ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyi “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Mərkəzi ilə birgə “Azərbaycanın gənc rəssamları Londonda” adlı sərgi təşkil etmişdi. Sərginin iştirakçıları arasında istedadlı rəssam Günay Bəylərova da vardı.

1994-cü ildə Bakıda anadan olan Günay Tofiq qızı Bəylərova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsinin tələbəsidir. Kiçik yaşlarından sənətə həvəs göstərib, Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzində rəsm dərnəyinə üzv olub. 2005-ci ildə ilk fərdi sərgisi təşkil olunub. 2009-cu ildə Heydər Əliyev Fondunun Fransada təşkil etdiyi “Azərbaycanın xoşməramlı mələkləri” adlı sərgidə 4 rəsmlə iştirak edib, “Şərq-Qərb” əsəri mükafata layiq görülüb.
Sonrakı illərdə gənc rəssamın əl işləri Azərbaycan Respublikasının Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin təşkil etdiyi sərgilərdə, eləcə də Türkiyə, Polşa və Yaponiyada keçirilən sərgilərdə nümayiş olunub.
Günay Bəylərovanın özünəməxsus rəssamlıq fantaziyası var. Bu, onu ilk olaraq nağıllar aləminə yönəldib. İlk rəsmlərinin mövzusu nağıl qəhrəmanları olub. İllər bir-birini əvəz etdikcə təsəvvüründə qəhrəmanları da dəyişib.
Onun əsərləri cəlbedici və başa düşüləndir. Bu işlərdə real həyat hadisəsinin təsviri görünür, milli mədəniyyətə, incəsənətə sonsuz məhəbbət hiss olunur. Gənc rəssam hər bir əsərin ərsəyə gəlməsi üçün günlərlə, aylarla çalışır, çəkdiyi tablolarda bir rəng harmoniyası yaranır. 400-ə yaxın rəsmin müəllifidir, onların arasında qadın təsvirləri üstünlük təşkil edir.

Orxan Əliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar