Avqustun 9-dan sentyabrın 6-dək Portuqaliyanın Portu şəhərindəki “Vieira Portuense” qalereyasında “International Surrealism Now” layihəsinin növbəti sərgisi keçiriləcək. Sərgidə ölkəmizi tanınmış sürrealist rəssam Mehriban Əfəndi “Mirriad” adlı əsəri ilə təmsil edəcək.
Sərgiyə 28 ölkənin təmsilçiləri qatılacaq. Burada rəsm əsərlərindən başqa foto, heykəltəraşlıq və rəqəmsal yaradıcılıq nümunələri də nümayiş olunacaq.
Qeyd edək ki, rəssam Mehriban Əfəndi bu layihəyə 2010-cu ildə Bissaya Barreto Fondunun sponsorluğu və layihənin rəhbəri məşhur Portuqaliya rəssamı Santiago Riberonun xüsusi dəvəti ilə qatılıb. Layihənin məqsədi Salvador Dalidən sonra müasir dövrdə yaşayıb yaradan professional sürrealistləri bir araya gətirmək və onları dünyada tanıtmaqdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar