Avqustun 15-də Müasir İncəsənət Mərkəzinin sərgi salonunda “Karikatura müsabiqəsi” layihəsinin yekun sərgisi açılacaq. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilən layihənin məqsədi karikatura və rəsm sənətinin inkişafına təkan verilməsi, gənc istedadlı rəssamların üzə çıxarılması və tanıdılması, digər tanınmış rəssam və yaradıcı insanlarla əlaqələrin yaradılmasıdır. Layihənin rəhbəri Roza Əliyevadır.
Qeyd edək ki, layihənin ilkin mərhələsində gənc karikaturaçı-rəssamlar açıq havada canlı olaraq karikaturalar çəkiblər. Sərgidə həmin əl işləri nümayiş olunacaq. Layihədə 30-a yaxın rəssam iştirak edib. Üç gün davam edəcək sərgiyə hər rəssam maksimum üç işlə qatılacaq.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar