Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 95-ci illiyi münasibətilə müsabiqə
Avqustun 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) mərkəzi aparatında Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 95-ci ildönümü münasibətilə elan edilmiş yaradıcılıq müsabiqəsinə yekun vurulub. Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini, general-mayor Azad Ələkbərov qurumun fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinin, Vətənə məhəbbət hissinin gücləndirilməsinin prioritet olduğunu deyib. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif yaradıcılıq müsabiqələrinin təşkili xüsusi yer tutur.
Bu il Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının (18 avqust 1919-cu il) 95-ci ildönümü münasibətilə bədii ədəbiyyat, təsviri sənət, qəzet məqaləsi və sərhədyanı yaşayış məntəqələrinin orta məktəb şagirdləri arasında inşa yazısı üzrə müsabiqə elan edilib. Təhsil Nazirliyi, Mətbuat Şurası, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar və Rəssamlar ittifaqları ilə birgə təşkil olunmuş müsabiqədə peşəkar və həvəskar rəssamlar, şairlər, yazıçılar, jurnalistlər, sərhədçilər, sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə və digərləri qalibləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.
Qaliblərə mükafatlar və diplomlar təqdim olunub. Tədbirdə münsiflər heyəti tərəfindən seçilmiş təsviri sənət nümunələri nümayiş etdirilib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar