“Abşeron” Rəsm Qalereyasında “Mənim gəncliyim - mənim dünyam” adlı gənclərin əl işlərindən ibarət rəsm sərgisi açılıb. Layihənin rəhbəri Cəmilə Əliyeva bildirib ki, sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb.
Sərgidə 20-dən çox yaradıcı gəncin rəsmləri nümayiş olunur. Bu rəsmlər vasitəsilə doğma vətənlərində onları valeh edən gözəllikləri bölüşməklə bir növ cəmiyyətə “Bizim dünyamız Azərbaycan”dır mesajını verirlər.
Sərgiyə gələnlər əl işləri ilə yaxından tanış olublar. Yaradıcı gənclərə fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd gənclərin ictimai aktivliyini artırmaq, istedad və bacarıqlarının üzə çıxarılmasına dəstək verməkdən ibarətdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar