Qəbələdə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən Olimpiya atıcılıq növləri üzrə Beynəlxalq “Qran-pri” yarışları çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Akademiyasının fəxri akademiki və Beynəlxalq “Qran-pri” turnirinin loqosunun müəllifi Rəşad Mehdiyevin fərdi yaradıcılıq sərgisi açılıb.

Rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinin inzibati binasında təşkil edilən sərgidə nümayiş olunan əsərlərə çoxsaylı yerli və xarici qonaqlar, idmançılar baxıblar.
Sərginin açılışından əvvəl Rəşad Mehdiyev bildirib ki, nümayiş olunan əsərlər onun fikirlərinin, düşüncələrinin, emosiyalarının ifadəsidir. Sərgidə əsasən kağız, karton və kətan üzərində yağlı boya və qrafit texnikası ilə çəkilən 14 əsər nümayiş olunur: “Sərginin əsas məqsədi son illərdə yaratdığım sənət incilərini geniş tamaşaçı auditoriyasına təqdim etmək, eləcə də beynəlxalq yarışda iştirak edən əcnəbi idmançılar və qonaqlar arasında Azərbaycan mədəniyyətinin təbliğinə nail olmaqdır”.
Qeyd edək ki, istedadlı rəssam BMT-nin Vyana Bölməsinin Millətlər Sarayında Azərbaycan incəsənətini uğurla təmsil edib. Onun əsərləri milli və Avropa incəsənətinin ənənələrini özünəməxsus şəkildə əks etdirir, fərdi dəst-xətti, yaradıcılıq üslubu, orijinal yaradıcılıq axtarışları, Azərbaycan miniatürlərində gördüyümüz əlvan və parlaq rənglərin zəngin koloriti ilə seçilir. Tanınmış fırça ustasının əsərləri təkcə sənətsevərlər üçün deyil, həm də rəssamlar üçün maraqlıdır.
Tədbirdə iştirak edən qonaqlar sərgini yüksək qiymətləndirib və rəssamı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Sərgi avqustun 21-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar