Müasir İncəsənət Muzeyində sərgi

Sentyabrın 6-dan 22-dək Müasir İncəsənət Muzeyində gənc kurator Fərid Məmmədzadənin debüt layihəsi olan “Meqapolis” sərgisi açılacaq.
Müasir İncəsənət Muzeyindən bildiriblər ki, “Meqapolis” layihəsi müasirliyin həssas mövzularından birinə - böyük şəhər və insan münasibətlərinə toxunur.
“Meqapolis” sərgisində müasir Azərbaycan rəssamları Məmməd Mustafayev və Niyaz Nəcəfovun əsərləri nümayiş olunacaq. Layihənin əsasında insanın meqapolisin urbanistik mühiti ilə qarşılıqlı əlaqəsi problemi dayanır.
Müəlliflərin əsərləri həmin problemin həm makro, həm də mikro səviyyədə qavranılmasının iki aspektini əks etdirir.
Sərginin konsepsiyası 2013-cü ilin martında qeyri-kommersiya təşkilatı olan “YARAT” Müasir İncəsənət Məkanının təhsil proqramı çərçivəsində Azərbaycanın Əməkdar rəssamı Səbinə Şıxlinskaya tərəfindən “Müasir incəsənətdə kurator və mediator təcrübələri” mövzusunda aparılan ustad dərsi nəticəsində yaranıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar