Əməkdar artist Suğra Bağırzadənin yaradıcılıq sərgisi

Avqustun 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış florist, Əməkdar artist Suğra Bağırzadənin “Floristika” mövzusunda fərdi-yaradıcılıq sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq şairi Fikrət Qoca, Milli Məclisin deputatı Qənirə Paşayeva və digər çıxış edənlər sərgidə maraqlı əsərlərin nümayiş edildiyini söyləyiblər. Bildirilib ki, Suğra Bağırzadə əsərlərində çiçəklərin dilini, fəlsəfəsini anlatmağa çalışır, solmuş çiçəklərə həyat verir.
Suğra Bağırzadənin yaratdığı “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirən natiqlər diqqətə çatdırıblar ki, o, ölkəmizdə floristika sənəti üzrə məktəb yaradan ilk insandır, bu sahənin inkişafına və yayılmasına töhfə verir.
Sonra tədbir iştirakçıları sərgiyə baxıblar. Üç gün davam edəcək sərgidə Suğra Bağırzadənin əsərləri ilə yanaşı, 12 tələbəsinin də işləri nümayiş olunur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar