Sentyabrın 16-da Dubayın “Cuadro Gallery” qalereyasında gənc azərbaycanlı rəssam Faiq Əhmədin sərgisi açılacaq. Multimedia rəssamı Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, unikal və müasir məhsullar yaradır. Gənc rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu, 52-ci Venesiya Biennalesinin, Parisdə, Londonda, Berlində, Moskvada, Dubayda keçirilən beynəlxalq sərgi və festivalların iştirakçısıdır. Onun xalçalarından biri bu yaxınlarda Londonda “Sothebys” hərracına çıxarılıb.
Rəssam Viktoriya və Albert Muzeyinin “Jameel Prize” mükafatına nominasiya edilib. Mükafat Viktoriya və Albert Muzeyi tərəfindən müsəlman ənənəsində çalışan rəssam və dizaynerlərə təqdim edilir. İlin sonunda mükafatın qalibləri elan ediləcək.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar