Naxçıvanda tanınmış fırça ustasının xatirə sərgisi

Avqustun 25-də Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü Qədirulla Bağırovun 65 illik yubileyinə həsr edilmiş “Rənglər dünyası” mövzusunda xatirə sərgisi təşkil olunub.
Sərginin açılış mərasimində Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edərək Qədirulla Bağırovun həyat və yaradıcılığından danışıb. Bildirilib ki, sərgidə mərhum rəssamın müxtəlif janrlarda çəkilmiş 71 əsəri nümayiş olunur.
Tədbirdə çıxış edən Xalq rəssamı Hüseynqulu Əliyev rəssamın özünəməxsus yaradıcılıq xüsusiyyətlərindən danışaraq deyib ki, Qədirulla Bağırovun əsərləri bir çox muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.
Qədirulla Bağırovun həyat və yaradıcılığına həsr olunmuş “Rənglər dünyası” adlı film nümayiş etdirilib. Sonra tədbir iştirakçıları rəssamın əsərlərindən ibarət sərgiyə baxıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar