Azərbaycanlı fotoqraf Rəna Əfəndinin işləri Honq-Konq beynəlxalq foto festivalında təqdim ediləcək. Festival avqustun 29-dan noyabrın 3-dək Asiya qadın fotoqrafların iştirakı ilə “Ənənə - anti-ənənə” layihəsi çərçivəsində keçiriləcək.
Rəna Əfəndi 1977-ci ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetini bitirərək bir müddət tərcüməçi işləyib. Uşaqlıqdan rəsm və fotoqrafiyaya böyük marağı olub. 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur.
Çoxsaylı mükafatlara, o cümlədən dünyanın ən nüfuzlu fotomüsabiqəsi olan “World Press Photo” müsabiqəsində 2-ci və 3-cü yerlərə layiq görülüb. 2007-ci ildə Amerikanın “Photo District News” jurnalı Rəna Əfəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib.
Onun fotoları “Le Monde”, “Le Figaro”, “Liberation, Courrier International”, “Newsweek”, “Days Japan”, “Reponse Photo”, “Oqonyok”, “Ekspert” və “Bolşoy qorod” jurnallarında dərc edilib. Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Almaniya, ABŞ və digər ölkələrdə fərdi sərgiləri keçirilib. Fotoqraf hazırda Misirdə yaşayır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar