Sentyabrın 6-da Müasir İncəsənət Muzeyində gənc kurator Fərid Məmmədzadənin debüt layihəsi olan “Meqapolis” sərgisi açılıb. Mərkəzin icraçı direktoru Xəyyam Abdinov, Əməkdar rəssam Səbinə Şıxlinskaya, sərginin kuratoru Fərid Məmmədzadə layihə haqqında məlumat veriblər.
Bildirilib ki, bu layihə müasir şəhər-meqapolislə insan arasındakı travmatik münasibət mövzusuna toxunur. Sərgidə rəssamlar Məmməd Mustafayev və Niyaz Nəcəfovun əsərləri nümayiş olunur. Müəlliflərin əl işləri problemin iki aspektdə - makro və mikro səviyyədə qavranılmasını əks etdirir. Təqdim edilən əsərlər Bakı Müasir İncəsənət Muzeyinin kolleksiyasının tərkib hissəsidir. Sərgi sentyabrın 22-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar