Sentyabrın 6-da Parisin “Galerie Rabouan Moussion” mərkəzində azərbaycanlı rəssam Fərid Rəsulovun sərgisi açılıb. Oktyabrın 11-dək davam edəcək sərgidə rəssamın Azərbaycan xalçası ilə tavandan döşəməyə qədər bütün məkanı əhatə edəcək installyasiyası təqdim edilib.
Ornamentin hədəfi - yonulmasından və çəkilməsindən asılı olmayaraq, obyekti gözəlləşdirməkdir. Bu installyasiya ilə Fərid Rəsulov müasir incəsənətə və transformasiyaya çox yaxın olan ağ kub anlayışını nəzərdən keçirir. Burada parça Şərq və Qərbin vəhdətini əks etdirir. Qeyd edək ki, Fərid Rəsulov Azərbaycan Tibb Universitetində təhsil alsa da, sonradan incəsənət sahəsində fəaliyyətə başlayıb. O, Azərbaycanı 2009-cu ildə 53-cü və 2011-ci ildə 55-ci Venesiya bienallelərində təmsil edib. Onun böyük ölçülü rəsm əsərləri, installyasiyaları və heykəltəraşlıq nümunələri maraqla qarşılanır.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar