Sentyabrın 16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində həvəskar rəssamların “Dostluq sərgisi” açılacaq. Akademiyadan bildiriblər ki, sərgidə rəssam Şəmsəddin Böyükdüzlünün və onun tələbələrinin, dostlarının rəsm əsərləri nümayiş olunacaq. Ekspozisiyada “Kəlbəcər haqqında”, “Fırtına və ölüm”, “Rəssamın xəyalları”, “Nur yolu”, “Dərdli laləgül”, “Cənnət və kainat”, “Günahkar” və digər rəsmlər yer alacaq. Müxtəlif mövzuları əhatə edən bu əsərlər mənzərə, natürmort, abstraksiya və kağızdan hazırlanmış fiqurlardan ibarətdir.
Sərgidə iştirak edənlər sırasında fiziki qüsurlu həvəskar rəssamların da əl işləri olacaq.
“Dostluq sərgisi”ndə 100-dən artıq yağlı boya, sulu boya, karandaş və qarışıq texnikalarda işlənilmiş rəsm əsəri nümayiş olunacaq. Bir həftə davam edəcək sərgidə əsərlərin satışı da keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar