İsveçdə yaşayan həmvətənimizin sərgisi

Sentyabrın 17-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində dekorativ-tətbiqi sənət üzrə rəssam Kəmalə Kərimova-Janssonun “Azərbaycan milli geyimləri” adlı fərdi yaradıcılıq sərgisi açılacaq. Mərkəzdən bildirilib ki, sərgi sentyabrın 20-dək kimi davam edəcək.
1971-ci ildə Bakıda anadan olan rəssam 84 nömrəli orta texniki peşə məktəbini çini və saxsı məmulatların rəngkarlığı ixtisası üzrə bitirib, bir sıra mədəniyyət müəssisələrində çalışıb. Dörd ildir İsveçin Onge əyalətində yaşayır. 2011-ci ildə burada “Azərbaycan milli geyimləri və tikmələri” adlı şəxsi muzey yaradıb. Azərbaycanda və xarici ölkələrdə sərgiləri keçirilib. Dekorativ-tətbiqi sənət ustasının məqsədi Azərbaycanın milli geyimləri və tikmələrini olduğu kimi təbliğ etmək və dünyaya tanıtdırmaqdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar