Amerikada çəkilən “Bunny Boy” bədii filmində baş rolu 11 yaşlı azərbaycanlı Teymur Quliyev ifa edib. Film iyulun 24-də Nyu-Yorkda keçirilən "Village East Cinemas" kino festivalında və Kann Festivalında göstəriləcək. Teymur Quliyev BMT-nin Beynəlxalq Məktəbində təhsil alır və heykəltəraş Emin Quliyevin oğludur. O, əvvəllər “Nə yerdə, nə də cənnətdə” adlı tamaşada baş rolun ifaçısı olub. Tamaşa Nyu-Yorkdakı teatrların birində nümayiş olunub.