Azərbaycan Fotoqraflar Birliyi Xətai Sənət Mərkəzi ilə birgə oktyabr ayında “Ailə” adlı fotomüsabiqə elan edib. Mövzunun konsepsiyası ailədə baş verənlərdir. Bu ailə qonşu, dost və ya hər kəsin ailəsi ola bilir. Fotolarda ailə üzvlərinin yaşamı, münasibətləri, istirahəti, gündəlik həyatı öz əksini tapmalıdır.
Təqdim olunan fotoların uzun tərəfi 1500 px və jpeg formatda olmalıdır. Fotolar musabiqeafb@gmail.com elekton ünvanına göndərilməlidir. Həcmi böyük olan, linklərlə göndərilmiş, üzərində loqo yerləşdirilmiş fotolar müsabiqəyə buraxılmayacaq. Təqdim olunmuş fotolar üzərində heç bir montaj edilməmək şərti ilə qəbul olunur. Hər müəllif 5 foto və ya 3 fotodan ibarət seriya təqdim edə bilər. Seriya ilə göndərilən işlər bir foto kimi qəbul edilir. Fotolar müsabiqə dövründə (oktyabr ayında) çəkilməlidir və 28 oktyabradək qəbul olunur. Müsabiqəyə 2 noyabrda yekun vurulacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar