Oktyabrın 21-də Xətai Sənət Mərkəzində “Akvarel" rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin bu ilin iyul ayında elan etdiyi müsabiqə Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik yeni akvarel əsərlərinin üzə çıxarılması, bu sənətin gələcək inkişafının təşviq olunması məqsədi daşıyır.
Tanınmış rəssamlardan və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqəyə təqdim olunan əl işlərinə baxış keçirilib və yekun sərgidə nümayiş olunmaq üçün əsərlər seçilib.
II əsrdə Çində kağız istehsalından sonra meydana çıxan akvarel sənəti zəngin inkişaf yolu keçib. Orta əsrlərdə Azərbaycan miniatür ustaları da bu rəsm texnikasından məharətlə istifadə ediblər. XX əsr Azərbaycan rəssamlıq sənətində görkəmli rəssamlarımız akvarel texnikasında böyük dəyərə malik olan əsərlər yaradıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar