İstiqlal Muzeyində Müstəqillik Günü ilə bağlı tədbir

Oktyabrın 16-da İstiqlal Muzeyində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 23-cü ildönümünə həsr olunmuş “Yaşa, var ol hər zaman, doğma Vətən - Azərbaycan!” adlı tədbir keçirildi.

Tədbirdə Azərbaycan Turizm İnstitutunun, Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Milli Qvardiyanın əsgərləri, paytaxtın ümumtəhsil məktəblərinin şagirdləri iştirak edirdilər.
Muzeyin direktoru Fəridə Şəmsi çıxış edərək 18 oktyabr - Müstəqillik Gününün əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik qazanıb: “Müstəqillik ölkəmizin böyük sərvətidir. Ölkəmiz XX əsrin əvvəllərində öz müstəqilliyini elan etdi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunması ilə respublikamız yenidən suverenliyini bərpa etdi. İstiqlal Muzeyi də həmin il yenidən fəaliyyətə başladı”.
Direktor bildirdi ki, muzeydə mütəmadi olaraq gənc nəsildə vətənpərvərlik hissinin aşılanmasına xidmət edən, əlamətdar günlərə həsr olunmuş tədbirlər keçirilir. Bu günlərdə www.istiqlalmuzeyi.gov.az saytı da istifadəyə verilib. Sayt vasitəsilə muzeyin fəaliyyəti, yeniliklər haqqında ətraflı məlumat almaq mümkün olacaq.
Tədbirdə İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov və rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Şəkər Hacıyeva da çıxış edərək əlamətdar günlə əlaqədar öz təbriklərini çatdırdılar, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini vurğuladılar. Qeyd olundu ki, müasir, müstəqil Azərbaycanın hər bölgəsi kimi onun bir parçası olan İsmayıllı rayonu da sürətlə inkişaf edir. İnkişafın bir göstəricisi də rayona gələn turistlərin ildən-ilə artmasıdır. Qonaqlar gənclərin istedadlarını nümayiş etdirmələrinə şərait yaradıqlarına görə muzeyin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Tədbir çərçivəsində muzeyin ekspozisiyasında İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzi ilə birlikdə sərgi də təşkil olunmuşdu. Sərgidə mərkəzin nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” və rəsm dərnəkləri üzvlərinin 60-dan çox əl işi nümayiş olunur.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar