Oktyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Arif Ələsgərovun 70 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi açılacaq. Sərgi oktyabrın 21-dək davam edəcək.
Arif Ələsgərov 1944-cü ildə Bakıda anadan olub. 1964-72-ci illərdə Sankt-Peterburqda V.İ.Muxina (B.Ştiqlits) adına Rəssamlıq Akademiyasını bitirib. 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub. 1977-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib.
2001-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri vəzifəsində çalışıb, tədris ocağının professoru olub, dərsliklərin müəllifidir. 1992-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.
Rəssam Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə töhfələr verib, qrafika və rəngkarlıq sahəsində özünəməxsus dəst-xətti ilə tanınıb. Xüsusilə qrafika sənətinin ənənələrinin yaradıcı surətdə davam və inkişaf etdirilməsi, milli dəyərlərin, ədəbi irsin və qədim ənənələrin təbliği onun yaradıcılığının əsas xüsusiyyətidir. 1972-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə mütəmadi olaraq iştirak edərək bir çox mükafatlara layiq görülüb. 2008-ci ildən Türkiyədə yaşayır, Karadeniz Texnik Universitetində rəssamlıq fakültəsinin professoru və kafedra müdiridir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar