“YARAT” Müasir İncəsənət Məkanının “Təcavüz. Muzey-2014” layihəsinin yekun sərgilər silsiləsi keçirilir. Sərgilər noyabrın 30-dək Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Xalça Muzeyində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda təqdim olunacaq.
“YARAT” Müasir İncəsənət Məkanından bildirilib ki, kuratoru Əməkdar rəssam Səbinə Şıxlinskaya olan layihənin məqsədi Azərbaycanın zəngin maddi-mənəvi, mədəni və tarixi irsinin müasir rəssamlar tərəfindən təsvir edilməsidir. Layihədə Natəvan Əliyeva, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarzayeva, İlahə Xalıqova, Aysel Nağıyeva, Rüfət Əliyev, Veronika İsayeva, Orxan Qarayev, Nadir Babayev, Ayna Musayeva, Zöhrab Salamzadə və başqaları iştirak edirlər.
Altı ay ərzində “Təcavüz. Muzey-2014” layihəsinin iştirakçıları Bakı, Abşeron, Şəki, Gəncə, Lahıc və Basqalda muzeylər, arxiv və kolleksiyalarla tanış olublar. İştirakçılar rəssamlıq, heykəltəraşlıq, installyasiya, video-art və performans kimi müxtəlif janrlara və istiqamətlərə müraciət ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar