Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə 19-30 sentyabr tarixində Fransada Azərbaycan mədəniyyəti günləri keçirilib. Parisin San-Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” təşkil olunub. Burada ölkəmiz haqqında müxtəlif istiqamətlərdə müfəssəl məlumatlar əksini tapıb.
Azərbaycan mədəniyyəti günləri çərçivəsində misgərlik, xalçaçılıq, rəssamlıq və şəbəkə sənəti nümunələri nümayiş etdirilib. İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, sərgidə Lahıc Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizi Nəzər Əliyevin və Lahıc sənətkarlarının əl işləri də yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar