Oktyabrın 31-də “Qalereya 1969” sərgi salonunda tanınmış rəssam və rejissor Nazim Məmmədovun (1934-2004) 80 illik yubileyinə həsr edilmiş “Mənim yolum” adlı xatirə sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı və “Qalereya 1969” sərgi salonu tərəfindən təşkil olunub.
Noyabrın 2-dək davam edəcək sərgidə Nazim Məmmədovun seçilmiş əsərləri nümayiş olunacaq. Nazim Məmmədovun adı Azərbaycanın animasiya tarixində xüsusi yer tutur. O, respublikamızda ilk cizgi filmlərinin müəllifidir. 1961-ci ildə Moskvada "Soyuzmultfilm" kinostudiyasında multiplikasiya kurslarını bitirdikdən "Azərbaycanfilm"də rejissor-multiplikator kimi işləyib. 1970-ci ildə Azərbaycanın ilk cizgi filmini ("Ayı və siçan") çəkib. Həmçinin rəngkarlıq, qrafika janrında əsərlər yaradıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar