Oktyabrın 29-da Sankt-Peterburq şəhərindəki Rus Muzeyinin mərmər sarayında Azərbaycanın Xalq rəssamı Rasim Babayevin (1927-2007) sərgisi açılıb.
Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.
Leyla Əliyeva muzeydə zəmanəmizin istedadlı rəssamlarından birinin əsərlərinin təqdim olunmasından məmnunluğunu bildirib. Qeyd olunub ki, Rasim Babayevin işləri Rusiya, Fransa, ABŞ, Almaniya, Türkiyə və Finlandiyada qalereyalarda, şəxsi kolleksiyalarda saxlanılır. Onun ilham mənbəyi Azərbaycan xalçalarının naxışları, Şəki saraylarının vitrajları, habelə xalq nağılları və rəvayətlər idi. Məhz bu səbəbdən bu işlər belə parlaq, səmimi və nağılvaridir.
Mərcani adına Elmi və Mədəni Proqramların Dəstəklənməsi və İnkişafı Fondunun prezidenti Rüstəm Süleymanov rəssamın yaradıcılığından danışıb. Bildirib ki, sənətkar öz yaradıcılığında Qərb və Şərq üslublarını sintez etməyə müvəffəq olub. Noyabrın 24-dək davam edəcək ekspozisiyada rəssamın ailə toplusunda və Mərcani Fondunun kolleksiyasında saxlanılan 80-ə yaxın rəngkarlıq və qrafika işi nümayiş etdirilir. R.Babayevin yaradıcılığının müxtəlif dövrlərinə aid olan bu əsərlərin çoxunda tamaşaçının gözləri qarşısında fantastik personajlar - divlər və əjdahalar, sehrli quşlar, dəvə karvanları, Şərq gözəlləri, adi qocalar və nağıllarda təsvir edilən nənələr, bəşəriyyətin ulu əcdadları Adəm və Həvva canlanır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar