Noyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində gürcü rəssamlarının sərgisi açılacaq. "Sevgi ilə Gürcüstandan" adlı sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin birgə təşəbbüsü ilə keçirilir.
Gürcü rəssamlıq məktəbinin zəngin ənənələri var. Bu məktəbin tarixi kökləri Qərbi Gürcüstanın qədim Kolxida əyalətindən və orta əsrlərə aid milli freska rəssamlığından gəlir. Ötən əsrin tanınmış gürcü rəssamı Niko Pirosmani, Parisdə yaşayıb-yaratmış David Kakabadze, Elene Axvlediani, Lado Qudiaşvili və digərləri bu ənənələrə yeni çalarlar gətirmiş, Qərbi Avropa mədəniyyəti ilə sıx əlaqə yaratmışlar. Çağdaş gürcü rəssamlığı müxtəlif çalarlardan ibarət olan mozaikaya bənzəyir. Bakıda açılacaq sərgi Gürcüstanın müasir təsviri incəsənətinin bir hissəsinə həsr olunub. Mamuka Tsetsxladze, Şalva Matuaşvili, Ömər Kaçkaçişvili, Camal Kuxalaşvili, Laşa Kuxalaşvili və digər rəssamların üslubunda bədii fərqlərə baxmayaraq, onların əsərləri milli təcrübə, zəngin ənənələr ilə də öz sıx əlaqəsini itirmir. Sərgidə 62 rəngkar və qrafik rəssamın 130-a yaxın əsəri nümayiş olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar