Noyabrın 7-də Xalq rəssamı Səttar Bəhlulzadənin Əmircan qəsəbəsindəki ev-muzeyində sənətkarın anadan olmasının 105, vəfatının 40 illiyinə həsr olunmuş qrafik əsərlərindən ibarət sərgi açılacaq. Sərgidə rəssamın şəxsi kolleksiyalarda qorunan və əksəriyyəti bu vaxta kimi nümayiş olunmayan 30 əsəri təqdim ediləcək.
S.Bəhlulzadənin qrafikaları yaradıcılığının mühüm bir hissəsini təşkil edir. 1966-cı ildə Praqada onun qrafika əsərlərindən ibarət fərdi sərgisi açılıb. Bu, Azərbaycan rəssamının Avropada ilk fərdi sərgisi idi.
“Tut ağacları”, “Bilgəh kəndi”, “Gözəllər”, “Dağlar və göl”, “Sənaye mənzərəsi”, “Keramika və meyvələr”, “Dağlar və buludlar” və digər əsərlərində rəssam doğma vətənimizin səfalı guşələrini qrafika sənətinin imkanlarından məharətlə istifadə edərək böyük məhəbbətlə təsvir edib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar